Ronaldo superkubok oyununda meydana çıxa bilməyəcək

0
580

 

 

Avropa çempionatının finalında Fransa ilə matçın birinci hissənin 24-cü dəqiqəsində zədələnərək gözyaşları içində meydanı tərk edən Ronaldonun zədəsi olduqca ciddidir. Bununla bağlı İspaniyanın və dünyanın tanınmış idman nəşri “Marca”nın yazdığına görə zədənin ciddi olması səbəbindən Ronaldo “Real” Madirin “Sevilya” ilə keçirəcəyi superkubok oyununda iştirak edə bilməyəcək. Belə ki, həkimlər ən azı 3 həftə Ronaldonun yaşıl meydana çıxa bilməyəcəyini bildiriblər. Öz növbəsində “Real” Madrid komandası rəhbərliyi də Ronaldonun   superkubok oyununda tam sağalmamış şəkildə iştirakının  əleyhinədirlər. Bununla əlaqədar “Real”ın mətbuat xidmətindən bildiriblər ki, klub rəhbərliyi məşhur futbolçunun tam sağalmasını istəyir və onun zədəsini tam sağaltmamış halda superkubok oyununda iştirak etməsinin əleyhinədir. Klub rəhbərliyi buna səbəb kimi əvvəllər də Ronaldonun dizindən analoji şəkildə zədə aldığını və tam sağalmamış şəkildə meydana çıxmasının onun oyununa pis təsir etdiyini göstərib.

BIR CAVAB BURAXIN