Ronaldo Avropanın ən yaxşı idmançısı seçildi

0
559

 

Ronaldo Avropanın ən yaxşı idmançısı seçildi

Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı sayılıb.Arazinfo.com publika.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 26 beynəlxalq informasiya agentliyi arasındakı sorğuda birinci yeri tutub.

Ronaldu “Formula-1” üzrə dünya çempionu Lüis Hemiltonla tennisçi Roje Federer və Rafael Nadalı üstələyib. Polşanın PAP agentliyinin 1958-ci ildən təqdim etdiyi mükafatı o, ardıcıl ikinci dəfə qazanıb.

Kriştianu Ronaldu 2017-ci ildə “Real Madrid”in heyətində İspaniya La Liqasının, Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, UEFA və İspaniya Super Kubokunun qalibi olub. Portuqaliya millisi ilə isə o, 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.

BIR CAVAB BURAXIN