Rio-2016: Bu gün üç boksçumuz rinqə çıxacaq Böyüt

0
348

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək.

Tarixində ilk dəfə mötəbər turnirdə tam heyətlə təmsil olunan Azərbaycan yığmasının üç üzvü eyni gündə mübarizəyə qoşulacaq.

 

İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verəcək. O, 1/8 finala çıxmaq üçün çinli Zao Minqqanqı yolundan kənarlaşdırmalıdır. Görüş saat 19:15-də start götürəcək.

 

Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Oliver Coys Devid ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five − one =