Reuters: İslam Kərimov vəfat etdi

0
564

Bu dəqiqələrdə Reuters agentliyi Özbəkistan prezidenti İslam Kərimovun vəfat etdiyi haqda xəbər yayıb.

Xəbərdə üç ayrı diplomatik mənbəyə istinad edilir. Kərimovun nə zaman öldüyü haqda məlumat verilmir.

*   *   *10:42

Bu gün Özbəkistan hökuməti rəsmən president İslam Kərimovun vəziyyətinin “kritik olduğunu” açıqlayıb. Rəsmi məlumatda prezidentin hələ sağ olduğu göstərilsə də qeyri-rəsmi mənbələr onun hələ avqustun 29-da vəfat etdiyini bildirirlər. İslam Kərimovun öldüyü haqda xəbəri birinci yayan “Ferqana.ru” portalı isə artıq onun doğma şəhəri Səmərqənddə məzar hazırlıqlarının getdiyini xəbər verib, müvafiq fotolar yayıb.

Məlumata görə İslam Kərimovun vəfatı haqda rəsmən bu gün elan edəcəklər. Özbəkistan hökumətinin prezidentin vəziyyətinin kritik olduğu haqda daha əvvəl yaydığı açıqlama da buna hazırlıqdır. Həmin açıqlamada faktiki təsdiq edilir ki, prezidentdən artıq əl üzüblər.

Sosial şəbkələrdə yer alan fotolara görə Səmərqənd qəbiristanlığında, orta əsrlərdən qalma Şahi Zinda movzeleyinin yaxınlığında İslam Kərimov üçün məzar yeri hazırlayırlar. Buldozer və ekskavatorlarla ərazidə iş gedir, köhnə məzarlar dağıdılır. Həmin yerdə Kərimovun anası və iki qardaşı dəfn olunub.

“Ferqana” bildirir ki, bu gecə İslam Kərimovun cənazəsini daşıyan təyyarə məxfi şəkildə Daşkənddən Səmərqəndə uçub. Bu gün səhərdən isə dəfn mərasimində iştirak etmək üçün xarici nümayəndə heyətləri Özbəkistana gələcəklər. “Reuters” artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Özbəkistana təcili səfər edəcəyini xəbər verib. “Assosiated press” isə Çində G-20 toplantısının ardınca Rusiya prezidenti Vladimir Putinin və ABŞ dövlət katibi Con Kerrinin də dəfn mərasimində iştirak etmək üçün Özbəkistana gedəcəklərini bildirir.

Facebook”-da yer alan məlumatlara görə Səmərqənddə dəfn mərasiminə intensiv hazırlıq gedir, şəhərin küçələri təmizlənir, abadlıq işləri görülür. Kərimovların ata evləri sürətlə təmir olunur, sahə müvəkkili isə sakinlərə deyib ki,sabah “çox pis bayram olacaq”. Şəhər sakinləri Səmərqəndə bir-birinin ardınca şüşələri qara plyonka ilə örtülmüş qara maşınların gəldiyini müşahidə edir. “Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə baş nazir Şövkət Mirzəyev də Səmərqəndə gedib. O, Kərimovun yerinə əsas namizəddir.

Dəfn mərasimi sabaha nəzərdə tutulub.

Virtualaz.org

BIR CAVAB BURAXIN