“Real Madrid” klubu səfərdə böyük hesablı qələbə qazanıb

0
351

Avqustun 26-da İspaniya La Liqasının ikinci turun oyunları keçirilib.

Maraqla gözlənilən oyunlardan biri “Estadi Montilivi” stadionunda keçirilib. “Jirona” “Real Madrid” klubunu qəbul edib. Qarşılaşma Madrid təmsilçilərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral” klubunun heyətində Serxio Ramos (onbirmetrlik), Kərim Benzema (2) və Qaret Beyl, “Jirona”nın heyətində isə Borja Qarsiya fərqləniblər.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Xetafe” – “Eybar” – 2:0

“Leqanes” – “Real Sosyedad ” – 2:2

“Deportivo Alaves” – “Real Betis” – 0:0

“Atletiko Madrid” – “Rayo Valekano” – 1:0

“Real Valyadolid” – “Barselona” – 0:1

“Espanyol” – “Valensiya” – 2:0

“Sevilya” – “Vilyareal” – 0:0.

Qeyd edək ki, İspaniya La Liqasının ikinci turuna avqustun 27-də keçiriləcək “Levante” – “Selta Viqo” və “Atletik Bilbao” – “Huyeska” oyunları ilə yekun vurulacaq. Azərtac

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × five =