Ramildən razı qaldım – Qurban Qurbanov

0
627

Vacib üç xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Hər iki hissənin əvvəlində əziyyət çəkdik. Ancaq sonda qələbə qazandıq.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda bu gün “Zirə”yə qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Millimizin çalışdırıcı son zamanlar zəif çıxış etdiyi müzakirə edilən Ramil Şeydayevin oyunundan razı qaldığını bildirib: “Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi. Qol fürsətlənlərindən yararlana bilməməsi normal haldır. Həmin epizodları əldə etmək vacibdir. Əsas odur ki, qol fürsəti tapırdı. Hücumçu üçün əsas xüsusiyyət budur. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək”.

Q.Qurbanov Topaz Premyer Liqanın növbəti turunda “Neftçi” ilə keçiriləcək görüş haqda da danışıb: “Rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə matçda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

BIR CAVAB BURAXIN