Rada Rusiya ilə dostluq anlaşmasının ləğvinə səs verdi

0
309

Ukrayna Ali Radası (parlament) “Ukrayna ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında anlaşmanın fəaliyyətini dayandırması” barədə prezident Pyotr Poroşenko tərəfindən təqdim edilən qanunu qəbul edib.

Arazinfo.com-un “Ukrinform”a istinadən verdiyi məlumata görə, qanun layihəsi səsə qoyularkən onun qəbul edilməsinin lehinə 277 deputat səs verib.

Beləliklə, gələn ilin aprel ayının 1-də, Ukraynada keçiirləcək prezident seçkilərinin ertəsi günü  “Ukrayna ilə Rusiya Fedrasiyası arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında anlaşmanın fəaliyyətini dayandırması” barədə qanun qüvvəyə minəcək.