Rada müdafiə nazirliyinə xaricdən silah almaq sərbəstliyi verib

0
474

Ukrayna Ali Radası ölkənin Müdafiə nazirliyinə sərbəst şəkildə hərbi texnika və silah-sursat almağa icazə verən qanun layihəsini səs çoxluğu ilə dəstəkləyib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu, Ukrayna müdafiə nazirliyinə vasitəçilər olmadan xaricdən hərbi texnika və silah-sursat almağa imkan verəcək. Məsələ ilə bağlı aşıqlama verən Ali Radanın Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Sergey Paşinski deyib ki, müdafiə nazirliyinə silah alış-verişində sərbəstlik verilməsi onlara ABŞ tərəfindən  veriləcək 250 milyon dollardan istifadə etməsinə imkan verəcək.

Xatırladaq ki, Ukraynanın xaricdən silah-sursat alması məsələsi ilə vasitəçi şirkət olan “Ukrspetseksport” məşğul olub. Bu iisə müdafiə nazirliyinə ordunun ehtiyaclarını vaxtında ödəmək üçün silah-sursat alınması prosesinə mane olur və əlavə xərclərə səbəb olurdu.