![](https://report.az/storage/news/1b0f3dd77c199fc5132d4a0d4a155020/2fefa76f-e6b2-48a6-9b25-2adec902ae53_292.jpg)
Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə “Report”a onun dostu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.
Ə.Zeynallı bildirib ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Onun hansı səbəbə görə saxlanılması barədə bizə məlumat verilmədi. Dedilər ki, bölməyə sabah gələk. Bu gün 17-ci Polis Bölməsinə gedəcəyik”.
Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.