“Manşester Siti”nin baş məşqşisi Xosep Qvardiola Premyer liqada çempionluq uğrunda mübarizənin davam etdiyini bildirib.
Arazinfo.com-un verdiyi xəbərə görə, Qvardiola BBC-yə açıqlamasında hələ çempionatın başa çatmasına 13 turun qaldığını və öncədən çempionun kim olacağını proqnozlaşdırmağın çətin olduğunu söyləyib: “Çempionatın başa çatmasına hələ 13 tur qalıb və çempionluq uğrunda mübarizə davam edir. “Tottenhem” çempionluq uğrunda mübarizəsini davam etdirir. Hətta “Mançester Yunayted”in də çempion olmaq şansı var. Eyni sözləri “Çelsi” haqqında da demək olar. Halbuki 3-4 gün əvvəl “Liverpul”un çempion olduğunu deyirdilər. Biz də çempion olmağa namizədik”.