Qurban Qurbanov ilin ən yaxşısı seçildi

0
540

Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib. Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis, demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi 2 nəfər “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.

Qurban Qurbanov 2017-ci ildə “Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. “Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. “Köhlən atlar” qrup mərhələsində Madrid “Atletiko”su ilə qarşılaşmalarda 2 xal qazanıb. Qurban Qurbanova ilin məşqçisi mükafatı sabah təqdim olunacaq. Tədbir “Fairmont otel”in Səttar Bəhlulzadə zalında (“Üç alov qülləsi”) keçiriləcək və saat 13:00-da başlayacaq.

BIR CAVAB BURAXIN