Qubada 17 dərəcə şaxta

0
590

11

Dekabrın 7-dən 8-nə keçən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gecə saatlarından başlayaraq bölgənin bütün yaşayış məntəqələrinə qar yağıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb – mənfi 15-17 dərəcə.

Ən çox yağıntı Qubanın Təngəaltı ərazisində düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində 15-16 santimetrədək qar olduğu bildirilir.

Qarın hündürlüyü Qusarda 20, Xızının Altıağac qəsəbəsində 14, Xaçmazda 2 santimetr təşkil edir.

Hazırda şimal rayonlarına qar yağmaqda davam etdiyi söylənir.

BIR CAVAB BURAXIN