Quaido Aİ-ni Venesuelaya sanksiyalar tətbiq etməyə çağırıb

0
463

Venesuela Milli Assambleyasının rəhbəri, özünü müvəqqəti olaraq ölkə prezidenti elan edən Xuan Quaido Avropa İttifaqına (Aİ) üzv ölkələri Venesuelaya qarşı sanksiya tətbiq etməyə çağırıb.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Quaido Bild nəşrinə müsahibəsində deyib ki, Aİ tərəfindən Maduro hökumətinə qarşı sanksiyalar tətbiq edilməsi olduqca vacibdir: “Biz müxalifətə Aİ tərəfindən Maduro hökumətinə qarşı sanksiya tətbiq edilməsi lazımdır”.

O Aİ-yə Venesuela müxalifətinə dəstəyə və Maduroya sərt ultimatum verdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, yanvar ayının 28-də ABŞ prezident Donald Tramp Venesuela hökumətinə, bu ölkənin mərkəzi bankına və PDVSA dövlət neft-qaz kompaniyasına qarşı sanksiya tətbiq edib.