Qonaqları ad gününə gəlmədiyinə görə 44 yaşlı kişi qüssədən ölüb

0
608

Rusiyanın Volqoqrad vilayətində qəribə hadisə baş verib. Ad günündə gözlədiyi qonaqların gəlməməsi 44 yaşlı yerli sakinin ölümünə səbəb olub.

Virtualaz.org Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayət idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Uryupinsk şəhərinin yaxınlığında yerləşən Duplyatski kəndinin sakini evində stol açaraq, ad gününə toplaşacaq qonaqları gözləyib, lakin heç kim gəlməyib. Onu yalnız həyat yoldaşı və uşaqları təbrik edib.

Ailədə baş verə biləcək münaqişənin qarşısını almaq üçün qadın uşaqları götürərək evdən çıxıb. Axşam geri qayıdanda isə evin həyətində həyat yoldaşının meyitini aşkar edib.

İstintaq hələlik yerli sakinin ölümünün səbəblərini müəyyən edə bilməyib. Əlavə olunur ki, 44 yaşlı kişi nümunəvi ailə başçısı olub və spirtli içkilər qəbul etməyib.

BIR CAVAB BURAXIN