Qızları şantaj edən Neymarın oxşarı həbs edilib

0
343

Braziliyada özünü Neymar kimi qələmə verən Karlos Antonio Rodriqes məşhur futbolçuya oxşamasından istifadə edərək fırıldağa əl atıb. O qadınlarla tanış olaraq onlardan açıq-saçıq fotolarını göndərməyi xahiş edib. Sonra isə Neymarın “oxşar”ı onları həmin şəkillərlə şantaj etməyə başlayıb. Amma qadınlardan biri “Neymar”ın onu şantaj etməsindən hiddətlənərək polisə şikayət edib. Nəticədə polis “Neymar”ı həbs edib. Məlum olub ki, həbs edilən Neymarın oxşarı olan Karlos Antonio Rodrigesdir. Bu barədə məlumat verən “Mirror” qəzeti özünü Neymar kimi qələmə verən Karlos Antonio Rodrigesin azı 10-12 qızı şantaj edərək onlardan külli miqadrda pul aldığını yazıb. İndi Karlos Antonio Rodrigesi azı 5 il həbs cəzası və böyük həcmdə çərimə gözləyir. Hələlik məşhur futbolçu Neymar baş verən hadisəyə münasibət bildirməyib. Qeyd edək ki, əvvəllər də Braziliyada digər məşhur futbolçuların adlarından istifadə edərək fırıldağa əl atan “oxşarlar” olub. Ancaq onların çoxu polis tərəfindən aşkar edilərək müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər.

Hazırladı: Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four + 7 =