“Qızım işıq salanda ilan başını qaldırıb, üstünə gəlib”

0
696

““Qızım işıq salanda ilan başını qaldırıb, üstünə gəlib”

Oxunma sayı: 1044

Goranboyun Muzdurlar kənd sakini Zərgül Zeynalova nəvəsi ilə birgə yaşadığı evində rahatlıq tapa bilmir.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, evin zirzəmisindən gələn səslər onlara sakitlik vermir. Onlar zirzəmidə ilanın məskən saldığını düşünür. Rusiyadan bir neçə aydır qayıdan Zərgül xanım övladlarının və qonşuların da həyətdə bala ilanlarla rastlaşdıqlarını eşidəndən sonra daha da təşvişə düşüb. Ehtimal edilən sürünənin səsi, fısıltısı evdə olan azyaşlını da qorxuya salıb.

Zərgül Zeynalovanın sözlərinə görə, qızı banka götürmək üçün zirzəmiyə düşüb və ilanı görüb: “Orada, evin orta hissəsində kölgə görüb. İşıq salanda ilan başını qaldırıb, üstünə gəlib. Qızım qışqırıb qaçıb. Oğluma xəbər etdim, dedi ki, mən də görmüşəm. Nəvəm gündüz təkcə dərslərini hazırlaya bilmir. Gərək mən yanında oturum, yoxsa qorxur”.

BIR CAVAB BURAXIN