Qırğızıstan Rusiyanın oyuncaq dövlətinə çevrilir?

0
1021

Bişkek Moskvaya Kantda hərbi bazanı gücləndirməyə icazə verib, lakin çətin ki,bu amil yalnız Əfqanıstan təhlükəsindən qaynaqlanır və bunun arxasında Rusiyanın Qırğızıstanı özünün quberniyalarından birinə çevirmək cəhdlərinin dayandığı ehtimal edilir.

Orta Asiyanın  türk dövlətlərindən biri olan Qırğızıstanda son  illərdə Rusiyanın mövqeyi güclənməkdə davam edir. Xüsusi ilə Almazbek Atambayevin hakimiyyətdən getməsi və Sooranbay Jeenbekovun prezident seçilməsindən sonra Bişkekin Moskva qarşısında özünü sözəbaxan “ağıllı uşaq” kimi aparması diqqəti cəlb etməkdədir. Necə deyərlər faktiki olaraq Qırğızıstan tədricən Rusiyanın quberniyalarından birinə çevrilməkdədir. Bunu Moskvadan gələn göstəriş əsasında Rusiya hərbi qüvvələrinə Qırğızıstanda əlavə səlahiyyətlər verilməsi  də təsdiq edir. Bu müstəvidə də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov hələ ötən ilin martında Rusiyanın “Kant”hərbi hava bazasının müasirləşdirilməsi və əlavə silahlandırılması haqqında imzalanmış Protokolu təsdiq edib. Bu, asan məsələ deyildi: birincisi, RF-nin KR-də hərbi mövcudluğunun genişləndirilməsinin zəruriliyinə hələ bu məsələdə yekdil olmayan Respublika parlamentini inandırmaq lazım idi. İkincisi, yerli ictimaiyyətin müəyyən hissəsi bunun əleyhinə çıxıb və hesab edir ki, protokolun qüvvəsi 2032-ci ilə qədərdir və bunun da arxasında Qırğızıstan torpaqlarının işğalı və ölkənin müstəqilliyini itirməsi dayanır. İstənilən halda Rusiya hərbi hava qüvvələrinin Qırğızıstanda qalma müddətinin uzadılması  bölgənin  qeyri-rəsmi şəkildə Moskvanın quberniyalarından birinə çevriləcəyi təhlükəsini əmələ gətirməkdədir.  Sadə və vətənpərvər qırğızları da bu amil məhz ciddi şəkildə narahat etməkdədir. Məsələ ilə bağlı rəyi soruşulan qırğızların böyük əksəriyyəti belə hesab edir ki, Rusiya hərbi qüvvələrinin Qırğızıstanda olması ölkənin müstəqilliyi və suverenliyi üçün kifayət qədər böyük təhlükədir və onlara əlavə səlahiyyətlər verilməsi rus işğalına  qeyri-qanuni şəkildə yaşıl işıq yandırılması deməkdir. Həqiqətən də Rusiya qeyrı-rəsmi şəkildə Qırğızıstana  özünün adi quberniyalarından biri kimi baxır. Hər halda Moskvanın Bişkekə belə bir münasibətini Rusiya hərbçilərinə ölkədə əlavə səlahiyyətlər verilməsi  məsələsinin bir zənglə həll edilməsində aydın şəkildə görmək mümkündür.  Necə deyərlər məhz bunun nəticəsidir ki,  son beş il ərzində aerodromun uçuş-enmə zolağı Rusiya Federasiyasının mülkiyyətində olacaqdır. Məntiq belədir: “Rusiya başqa ölkələrdə aldığını  heç nə geri qaytarmayıb və qaytarmır”.

Sənəddə qeyd edilənlərə toxunmaqdan əvvəll xatırladaq ki, Rusiyanın Qırğızıstandakı birləşmiş hərbi bazasının tərkibinə dörd obyekt daxildir: “Kant” aviabazası, Qaraqol şəhərində sınaq obyekti, Çaldovar kəndində rabitə qovşağı və Mayluuz-suu şəhərində avtonom seysmik məntəqə. İki ölkə arasında bununla bağlı əldə edilən razılığa görə, Rusiya tərəfi öz vəsaiti ilə (2,5 milyard rubl) uçuş-enmə zolağını yenidən quracaq və qırğız tərəfi ilə birgə istifadə edəcək. Müqavilənin müddəti bitdikdən sonra bütün obyektlər Qırğızıstana veriləcək. Sənəddə bu amil xüsusilə vurğulanır. Bundan başqa, Rusiya hərbçilərinin istifadəsinə 58 hektar əlavə torpaq sahəsi veriləcək. Nəticədə icarə haqqı da buna uyğun olaraq daha 4,8 milyon dollar artacaq. Rusiya tərəfi hərbi hava bazasında həmçinin kiçik və orta ölçülü hərəkət radiuslu pilotsuz uçuş aparatları  “Forpost” və “Orlan-10″yerləşdirəcək. Onların sayı haqqında məlumat, əlbəttə, mövcud deyil. Lakin məlumdur ki, baza “Buk” zenit-raket kompleksi və “Mi-8″helikopterləri də daxil olmaqla, ən müxtəlif müasir silahlarla möhkəmlənəcək .

Bütün bunlara paralel olaraq Rusiyanın Qırğızıstanda hərbi sənaye kompleksini bərpa etmək və ümumiyyətlə, onunla hərbi-istehsalat korporasiyası yaratmaq niyyətlərini xatırlamaq lazımdır. Hələlik bu, ən yüksək səviyyədə dilə gətirilən xoş niyyətlərdir. Bir sözlə,  bu məsələdə Rusiyanın Tacikistanda da, o cümlədən pilotsuz təyyarələrlə  201-ci bazasını möhkəmləndirdiyini də nəzərə almaq lazımdır. Rusiya Tacikistan ordusuna KTMT çətiri altında  təmənnasız olaraq köhnəlmiş artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, döyüş vertolyotları və sair çoxlu sayda silah-sursat vermişdir. Rusiya Qırğızıstanda da  Tacikistanda olduğu kimi əlavə hərbi qüvvələr yerləşdirməsini Taliban və terror , islam cihadçıları təhlükəsi ilə izah edir. Belə bir fikir vurğulanır ki, adıçəkilən hər iki ölkə Taliban və terror təhlükəsinə qarşı özlərini müdafiə etmək gücünə malik deyillər. Əslində Rusiya Taliban təhlükəsini şişirtməklə bölgədəki varlığına haqq qazandırır  və daim Tacikistan və Qırğızıstanı təzyiq və qorxu altında saxlayır. Beləliklə Rusiya Qırğızıstan və Tackistanda hərbi qüvvələrinin sayını artırmaqla adıçəkilən ölkələrin gələcəkdə rahat şəkildə işğalını həyata keçirmək niyətində olduğunu nümayiş etdirir.

 Moskva həm də Mərkəzi Asiyanın “təhlükəsizliyinə qayğı” göstərməklə,  öz təhlükəsizliyini daha dəqiq desək imperiyanı yeni müstəvidə bərpa etmək planlarını reallaşdırmağı planlaşdırır.

Xatırladaq ki, Qırğızıstana Rusiya və digər ölkələrdə qadağan olunmuş “Özbəkistan İslam hərəkatı”nın yaraqlılarının hücumu haqda məlumat verilib. Onlar Tacikistan ərazisindən Qırğızıstana maneəsiz keçdilər və onları vaxtında saxlamasaydılar, digər Mərkəzi Asiya Dövlətində-Özbəkistanda vəziyyət çox gərginləşərdi.

 Son illərdə Əfqanıstanda Taliban silahlıları Mərkəzi Asiya respublikaları ilə sərhədlərinə qədər gəlib çatması hallarına rast gəlinib. Lakin bu günə kimi Taliban Orta Asiya dövlətləri üçün hər hansı təhlükə əmələ gətirməyib. Üstəlik Talibanın əksər yüksək səviyyəli rəsmiləri arasında Rusiyan tərəfdarlarının olduğunu da unutmaq olmaz. Bu yaxınlarda Talibana ABŞ hərbçilərini öldürmək üçün Rusiya tərəfindən maliyyə  yardımı göstərildiyi də  məlum olub. Moskva tərəfindən idarə edilən terrorçuların isə regionda Rusiyanın hərbi bazalarına hücum edə biləcəyi məntiqi baxımdan inandırıcı görünmür.

Lakin Mərkəzi Asiyada Rusiya hərbi bazalarının möhkəmləndirilməsinin obyektiv motivasiyasının arxasında ABŞ hərbçilərinin oraya qayıtmasının mümkünsüzlüyü də nəzərdə tutulur. Düşünmək olardı ki, Mərkəzi Rusiya və Çin arasında ciddi şəkildə təsir daiələrinə bölüşdürülüb. Belə ki,  Moskva bölgənin  təhlükəsizlik qayğısına qalır, Pekinə isə ticarət-iqtisadi və investisiya qoyuluşu sahəsində bölgədə möhkəmlənir. geri çəkilir. Buna paralel olaraq Çin Qırğızıstan və Tacikistanla (xatırladaq ki, hər iki ölkə KTMT-nin üzvləridir) hərbi əməkdaşlığı fəallaşdırıb və onlara hərbi sahədə yardımlar edir.

Amma məsələ heç də Moskva və Pekinin Mərkəzi Asiyadakı maraqlarının “dəyişməsi” ndə  deyil. Burada Çinin maraqlarının olduğunu da unutmaq olmaz.

Mərkəzi Asiya regionu ilə həmsərhəd olan Çin yalnız Rusiyanın hərbi bazalarının regionda olmasından və Rusiyanın antiterror fəallığından razı deyil.

Digər tərəfdən də Çin Rusiyanın “Şərq -2018” təlimlərində iştirak edib və KTMT ilə əməkdaşlıqda maraqlı olduğunu gizlətmir. Lakin digər tərəfdən Çin Rusiyadan fərqli olaraq Qırğızıstanda hərbi baza yaratmaq yolla deyil,bölgəyə sərmayələr qoymaq yolu ilə möhkəmlənmək və oranda tədricən bu yolla möhkəmlənmək istəyir. Ona görə də Şin bölgədə Rusiyanın hərbi baxımdan möhkəmlənməsini həzm edə bilmir.Ona görə də Çin imkan düşən kimi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün bütün imkanlardan istifadə edəcək. Bunu Rusiyada da yaxşı anlayırlar. Belə bir vəziyyətdə isə Moskva üçün bölgədə Çin təsirinə qarşı mübarizə aparmanın yeganə yolu Qırğızıstanın könüllü şəkildə Rusiyaya birləşdirilməsi ola bilər. Rusiya da bu istiqamətdə müvafiq addımlar atır və tədricən oranı özünün quberniyalarından birinə çevirməkdədir.

Əziz Mustafa

Arazinfo.com