Qırğızıstan Qazaxıstan münasibətləri gərginləşir-Bişkek Avrasiya ittifaqını tərk edir

0
790

Putinin “Yeni SSRİ”sinə ZƏRBƏ – Bişkekdən gözlənilməz QƏRAR

  Qırğızıstan Avrasiya İttifaqından çıxmaq kimi dəyərləndirilən  gözlənilməz qərar qəbul edərək Putinin “Yeni SSRİ”sinın gələcəyini şübhə altında qoyub

Qırğızıstan prezidenti Almazbek Atambayev Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı haqqında Qazaxıstanla razılaşmanı denonsasiyası (etibarsız elan edilməsi – red.) ilə bağlı qanun layihəsini imzalayıb.

Arazinfo.com Publika.az -a istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.

Xatırladaq ki, qanun layihəsini Qırğızıstan parlamenti noyabrın 9-da qəbul etdi. Qanun layihəsi oktyabrın 20-də – Qırğızıstan prezidentliyinə müxalifətdən olan namizəd Omurbek Babanovla Qazaxıstan lideri Nursultan Nazarbayevin görüşü ilə iki ölkənin arasında yaranan diplomatik qalmaqaldan sonra göndərilmişdi.

Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da Sooronbay Jeenbekovu seçkilərin qalibi elan edib. Prezidentyönümlü Sosial-Demokrat Partiyasının namizədi S.Jeenbekov səslərin 55 faizə yaxınını toplayıb. “Respublika Ata Yurd” parlament fraksiyasının lideri O.Babanov 33 faiz səs toplamaqla ikinci olub.

Atambayev noyabrın 15-də parlamentdəki çıxışında bildirib ki, Qırğızıstan faktiki olaraq Avrasiya İqtisadi İttifaqının digər dövlətlərindən kənarda qalıb.

“Bizim sadəcə Avrasiya İttifaqı ilə əlaqəmizi kəsiblər. Çoxları istəyir ki, Atambayev varlı qonşusunun (söhbət Qazaxıstandan gedir – red.) ayaqlarına düşsün. Mən nəyə görə üzr istəməliyəm? Atambayev ölkənin daxili işlərinə müdaxilə edəndən üzr istəməməlidir. Bütün diktatorlar və prezidentlər əvvəl-axır gedəcəklər, xalqlar isə qalacaqlar. Qonşular bir-biriylə dost olmalıdırlar”, – deyə o bildirib.

Atamabayev deyib ki, “qoca diktatordan” üzr istəmək fikrində deyil.

Bişkek habelə Qazaxıstanı iki ölkə arasındakı sərhəddə yaranmış insan və maşın növbələrinə görə ittiham edir. Sərhəd keçid məntəqəsindəki ləngimələr Qazaxıstan tərəfi oktybarın 10-dan yoxlamaları sərtləşdirəndən sonra başlayıb.

Qazaxıstanın sərhəddən keçidi çətinləşdirməsindən az əvvəl, oktyabrın 7-də Atambayev Qazaxıstan hakimiyyətini Qırğızıstandakı prezident seçkisi kampaniyasına müdaxilədə ittiham etmişdi.

Rəsmi Bişkekin bu addımı bəzən Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ”si adlandırılan Avrasiya İqtisadi İttifaqı üçün ciddi zərbə sayıla və qurumun sonrakı genişlənməsi perspektivlərini şübhə altına ala bilər.

Qeyd edək ki, keçmiş SSRİ-nin tərkibində olan 5 respublika – Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan qurumun üzvləridir.

BIR CAVAB BURAXIN