Qazaxıstanda məktəblərin Gülənlə bağlılığı yoxlanır

0
573

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kazaxıstan Respublikasında məktəblərin Türkiyədəki qiyamın rəhbəri kimi tanınan vaiz-biznesmen Fətullah Gülənlə bağlılıq predmetinə yoxlanmağa başlanıb.

Bunu, Türkiyədə səfərdə olan Kazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra xəbər verib.

«Kazaxinform»un yaydığı məlumata görə, Nazarbayev əlavə edib ki, əgər məktəblərdə Türkiyə əleyhinə köklənmişlər varsa, Kazaxıstan heç vaxt onları dəstəkləməyəcək və Ankaranın bütün xahişlərini yerinə yetirəcək.

BIR CAVAB BURAXIN