Qardaş bacısını internetdə satışa çıxardı

0
638

Qardaş bacısını internetdə satışa çıxardı

Böyük Britaniyada yaşayan Malem ailəsi hamını təəccübləndirib.

28 yaşlı Kayl Malem dünyanın ən populyar onlayn-hərrac saytı olan “eBay”da özündən bir yaş balaca bacısı Semmini satışa çıxarıb.

Bacısı üçün ilkin qiymət olaraq 50 funt-sterlinq qiymət qoyan Kayl, bacısını almaq istəyən alıcılara öz şərtlərini də açıqlayıb: “Bacım əslən Londondandır, amma Kardifdə yaşayır. Mavi gözləri, tünd rəngli saçları var, incə və gözəl vücuda sahibdir”.

Kayl bacısı haqqında xoş sözlər yazaraq onun sədaqətli biri olduğunu, sevgili tapmaqda çətinlik çəkdiyini yazıb. Namizəd olaraq 27-35 yaş arası, işi və maaşı yerində, tərbiyəli, evli və ya nişanlı olmayan biri tələb edilir.

Semminin anası 52 yaşlı Natali də qızını tərifləyərək, oğlunun qızı üçün belə bir addım atmasını xoş qarşıladığını bildirib. (metbuat.az)

BIR CAVAB BURAXIN