Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır

0
538

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ ərazisində daha bir erməni əsgəri yaralanıb.

Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün naməlum şəraitdə 19 yaşlı erməni əsgər Rafik Vaanyan gözündən güllə yarası alıb. Onu təcili şəkildə Xankəndi hərbi qospitalına gətiriblər. Lakın əsgərin vəziyyəti ağır olduğundan onu Yerevandakı hərbi qospitala göndərməli olublar. Hələlik erməni əsgərin hansı şəraitdə güllə yarası aldığı məlum deyil.