“Qarabağ” – “Viktoriya” oyunu türkiyəli hakimlərə tapşırıldı

0
624

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” matçının hakimlərinin adı açıqlanıb.

AzərTAc xəbər verir ki, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də oynanılacaq qarşılaşmasının idarə edilməsi türkiyəli hakimlərə tapşırılıb.

Bakıda keçiriləcək görüşü baş hakim Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bariş Şimşek yerinə yetirəcək.

Oyunun hakim-inspektoru İqor Satkii (Moldova), UEFA nümayəndəsi isə Andreas Akkelides (Kipr) olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:30-da başlayacaq.

BIR CAVAB BURAXIN