“Qarabağ” səhvi bağışlamır – PAOK-un futbolçusu

0
444

“Qarabağ”la oyun öncəsi qələbə qazanmaq vacib idi. Bu uğurun davamını gətirməliyik.

 

Qol.az-ın məlumatına görə, bunu PAOK-un yarımmüdafiəçisi Xose Kanas Yunanıstan superliasının 7-ci turunda AEK-ə qalib gəldikləri oyundan (1:0) sonra klubun saytına açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”a uduzduqları oyundan (0:2) və Ağdam klubu ilə noyabrın 3-də keçiriləcək növbəti qarşılaşmadan danışıb:
“Qarabağ” Bakıdakı oyunda göstərdi ki, çox güclü rəqibdir. Həmin oyunda başa düşdük ki, onlara oynamağa imkan vermək olmaz, dayanmadan pressinq etmək lazımdır. Rəqib ani səhvi bağışlamır.  Çox çətin oyun olacaq. Ancaq nikbinik. Komandada əhval ruhiyə yaxşıdır. Erkən qol vurmağa çalışacağıq. Mütləq qalib gəlməliyik”.
Qeyd edək ki, Salonikidə keçiriləcək PAOK  – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 5 =