“Qarabağ” qalib gələ bilmədi

0
688

“Qarabağ” avrokubokların qrup mərhələsinin oyununda ilk dəfə 2 qol vur sa da qalib gələ bilməyib.. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin I turunun “Slovan”la (Çexiya) matçında rəqib qapısına 2 top vursa da  öz qapısından da 2 top buraxıb.

 

2:2 hesabı ilə nəticələnən qarşılaşmada Miçel və Rəşad Sadıqov fərqləniblər. Bunadək 2 dəfə qrupda çıxış edən “Qarabağ” əsas mərhələnin 12 oyunundan heç birində belə məhsuldar olmamışdı.

 

Təmsilçimiz keçirdiyi matçların 7-də 1 qol vurub, 5-də meydanı fərqlənmədən tərk etmişdi.

 

Qeyd edək ki, bunadək Azərbaycan klublarından yalnız “Neftçi” qrupda bir matçda 2 qol vurmuşdu. “Ağ-qaralar” 2012-ci ildə “İnter”lə İtaliyadakı görüşdə fərqlənmişdi – 2:2.

BIR CAVAB BURAXIN