“Qarabağ” “Neftçi”ni məğlub etdi

0
656

 

Qarabağ” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Ağdam təmsilçisi XIV turun açılış oyununda “Neftçi”ni məğlub edib.

Matçda yeganə qolu 25-ci dəqiqədə Maksim Medvedev vurub. Bu qalibiyyətdən sonra xalını 34-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirib. “Neftçi” isə 16 xalla 5-ci sıradadır.

Qeyd edək ki, Ağdam klubu dekabrın 3-də Romaya yola düşür. “Qarabağ” çərşənbə axşamı orada “Roma”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin son matçını keçirəcək.

BIR CAVAB BURAXIN