“Qarabağ” – “Çelsi” matçına 50 mindən çox bilet satıldı

0
550
  
Çempionlar Liqasının V turunda baş tutacaq “Qarabağ” – “Çelsi” matçının bilet satışları davam edir.
“Qarabağ” klubundan Modern.az-a verilən  məlumata görə, biletlərin çoxu satılıb.
Belə ki, artıq 50 mindən çox biletin öz sahibini tapdığı bildirilib. Matç saatına qədər bütün biletlərin satılması gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 22-də 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

BIR CAVAB BURAXIN