
“Qalatasaray” heyətinə yeni futbolçu qatır. İstanbul klubu iranlı hücumçu Allahyar Sayyadmaneşlə ilkin razılığa gəlib. 16 yaşlı forvardın müqaviləyə qol çəkmək üçün İstanbula yollandığı bildirilir. “Saypa” klubunun aşağı yaş qrupunda və İranın U-17 yığmasında oynayan Sayyadmaneş “Qalatasaray”ın heyətinə isə qış fasiləsində qoşulacaq. Mərkəz hücumçusu mövqeyi ilə yanaşı, cinahlarda da çıxış etməyi bacaran Sayyadmaneşin keçidinin “cim-bom”a hansı məbləğə başa gəldiyi açıqlanmır.Apasport