Qafqaz Universitetində daha nələr gözlənilir?

0
608

Qafqaz Universitetində bir sıra araşdırma mərkəzləri ləğv edilə bilər.

Bakı Ali Neft Məktəbinin rektoru, Qafqaz Universitetinin müvəqqəti idarəçiliyini həyata keçirən Elmar Qasımov Trend-ə bildirib ki, universitetdə bir sıra araşdırma mərkəzləri var ki, onlar bu ali təhsil müəssisəsinin profilinə uyğun deyil: “Həmin mərkəzlər, ola bilsin ki, ləğv ediləcək”.

E.Qasımov Qafqaz Universitetindən 50-dək türkiyəli müəllimin azad edilməsi məsələsinə bir daha aydınlıq gətirib. O bildirib ki, türkiyəli müəllimlərin universitetlə əmək müqaviləsinin müddəti başa çatıb: “Türkiyəli müəllimlərlə bağlanmış əmək müqaviləsinin vaxtı uzadılmayıb və onlar universitetdən xaric edilib. Artıq Qafqaz Universitetində türkiyəli müəllim qalmayıb. Onların yerinə azərbaycanlı müəllimlər işə götürüləcək və gənc mütəxəssislərə üstünlük veriləcək”.

BIR CAVAB BURAXIN