“Qadağa Rusiya tərəfindən qoyulub” – Gömrük Komitəsi

0
298

İyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, belə ki, son 3 gündə – iyun ayının 21-dən 24-nə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161 yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb.
Qeyd olunub ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracında heç bir problem müşahidə olunmur:
“Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiyanın müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır. Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq, ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir. Ancaq beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və təbii qarşılana bilər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 19 =