Qacarların son şahzadəsi: “Azərbaycan bizim vətənimizdir”

0
472
Qacarların son şahzadəsi: "Azərbaycan bizim vətənimizdir" -

Xəbər verdiyimiz kimi, Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə Azərbaycana gəlib.

AzVision.az-a müsahibə verən Şahzadə Babək Mirzə Azərbaycan, paytaxt Bakı ilə bağlı təəssüratları bölüşüb. Ölkəmizdəki inkişafdan söhbət açıb.

Müsahibə zamanı Qacar şülaləsi ilə bağlı sualımızı cavablandırıb. Şahzadə Bakıya heyran olduğunu, paytaxtımızda ev alacağını bildirib.

O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edib . Vurğulayıb ki, Dağlıq Qarabağ ərazisi əzəli Azərbaycan torpaqlarıdır və münaqişə tezliklə öz həllini tapmalıdır.

Şahzadə Babək Mirzə ilə videomüsahibəni təqdim edirik:

***

İranı idarə etmiş Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə Azərbaycana gəlib.

Azvision.az-ın məlumatına görə, o, İstanbul səfərindən sonra Bakıya təşrif buyurub.

Şahzadə Babək Mirzə İstanbulda Türkiyəni özünün ikinci vətəni adlandırıb və xanımının türk olduğunu bildirib.

İranı uzun müddət idarə edən, 1925-ci ildə Qərb dairələrinin intriqası nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış Azərbaycan əsilli Qacar Xanədanı varisinin geniş ictimaiyyət qarşısına çıxması yüksək qiymətləndirilir.

Şahzadə Bakını gəzib, şəhərlə tanış olub. O, Azərbaycanın paytaxtına heyran qaldığını deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − 13 =