“Qaca” siklonu Hindistanda 11 nəfərin həyatına son qoyub

0
289

Hindistanın cənubunda tuğyan edən “Qaca” siklonu  11 nəfərin həyatına son qoyub.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə “İndia Toda” qəzetinin məlumatında deyilir. Qəzetin yazdığına görə, “Qaca” siklonu ölkənin cənubundakı Tamilnad ştatına böyük həcmdə dağıdıcı zərər vurub, kəndlər və  şəhərlər su altında qalıb. Nəticədə xilasedicilər tərəfindən 76 min nəfə rsakin təbii fəlakət zonasından evakuasiya edilib. Təbii fəlakətdən ən çox Naqapattinam, Tiruvarur, və Tancor şəhərləri zərər çəkib. Hazırda Hindistan Fövqəladə Hallar nazirliyi əməkdaşları tərəfindən təbii fəlakət zonasında xilasetmə işləri davam etdirilir.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + twelve =