Qərb mətbuatı: “Karlovun öldürülməsi ədalətin təntənəsidir”

0
505

 

“New York Daily News”in analitiki Qerş Kuntsman Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini terror deyil, Putinin “cinayətlərinə” verilən cavab adlandırıb. “Yeniavaz.com”un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Kuntsman səfirin hələ bir neçə ay əvvəl öldürülməməsindən təəccübləndiyini yazıb. Məqalə müəllifinin ididiasına görə, Karlov Türkiyədə diplomat deyil, əsgər idi və onun Hələb və ya Ankara ətrafında öldürülməsi ciddi əhəmiyyət daşımır. Məqalə müəllifi Karlovu şəhərləri dağdan uşaqları, günahsız insanları öldürən siyasəti həyata keçirən siyasətçi adlandırıb. Qerş Kuntsman yazır: “Karlovu öldürən də əsgərdir, terrorçu deyil. Terrorçular günahsız insanları öldürürlər, əsgərlər isə döyüş meydanında olduğu kimi əsgərləri məhv edirlər”.

Oxundu: 14

BIR CAVAB BURAXIN