“Qəbələ” məğlubiyyətlə başladı

0
358

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.

 

Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib. “Qırmızı-qaralar” “Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər.

 

Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.

 

Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb.

 

İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

 

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

 

“Anderlext” – “Qəbələ” – 3:1

Qollar: Teodorşuk, 14, Rafael Santos (öz qapısına), 41, Kapel, 77 – Dabo, 20

 

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam

Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)

“Konstant Vanden Stok” stadionu

 

“Anderlext”: 1. Deyvi Ruf, 4. Serinc Mboci, 5. Uroş Spayiç, 11. Aleksandru Çipiçu, 14. Bram Nuytinq, 18. Frank Açemponk, 31. Yuri Tilemans, 32. Lender Dendoker, 73. Nikolae Stançiu, 91. Lukaş Teodorşuk, 94. Sofian Hanni

Ehtiyat oyunçular: 23. Frank Buks (q), 3. Oliviye Deşaşt, 8. Stefan Baci, 9. Hamdi Harbui, 17. Dieqo Kapel, 22. İdrisu Dumbia, 41. Emmanuel Sova

Baş məşqçi: Rene Veyler

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç (q), 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

Apasport.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 + 11 =