Avropa Liqasında qrup mərhələsinin V turunda Belçikanın “Anderlext” klubunu qəbul edən “Qəbələ” 1:3 hesabı ilə məğlub olub.
Qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. Bundan 4 dəqiqə sonra Rikardinyo (Qəbələ) penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə bir neçə qol vəziyyətini və penaltini istifadə edə bilməyən “Qəbələ” 90-cı və əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə daha iki qol buraxıb.
Çexiyanın Slovan Liberec klubu ilə qarşılaşan “Qarabağ” da 0:3 hesabı ilə məğlub olub.