Putinin xüsusi nümayəndəsindən Türkiyəyə XƏBƏRDARLIQ

0
363

Moskva 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasından bir ay sonra təyyarənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə vurulmadığını öyrənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Moskvada Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Duqin Avrasiya Yerli Rəhbərliklər Birliyinin başçısı Hasan Çingizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Duqin həmçinin 15 iyul hərbi çevriliş cəhdindən bir gün əvvəl ordunun içində hərəkətliliyin olduğuna dair xəbərdarlıq edib.

“Hərbi çevrilişdən bir gün əvvəl 15 millət vəkili ilə xüsusi toplantı keçirdik. Günortadan sonra da dövlətin kəşfiyyat qurumlarının yüksək vəzifəli nümayəndələri ilə görüşdük. Həmin vaxt Duqin “ordunuzun içində bir hərəkətlilik var” deyə xəbərdarlıq etdi və Türkiyənin artıq bir qərar vermə mərhələsinə gəldiyini, seçim etmək məcburiyyətində olduğunu söylədi. Duqin təyyarəyə minəndə çevriliş cəhdi başlanmışdı”, – Hasan Çingiz qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − 9 =