Putinin səfəri siyasi və iqtisadi xarakter daşıyacaq

0
335

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Azərbaycan-Rusiya münasibətlərini yeni müstəviyə çıxaracaq”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Azər Badamov deyib.

Millət vəkili bildirib ki, sentyabrın 1-də Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə getmişdi və səfər çox yüksək səviyyədə təşkil olunmuşdu: “Strateji əməkdaşlıqda əhəmiyyət daşıyacaq bir çox sənədlər imzalandı. Prezidentlərin birgə bəyənatında Cənab İlham Əliyev Putini ölkəmizə rəsmi səfərə dəvət etmişdi. Rusiya prezidentinin dəvəti qəbul edərək 25 gündən sonra Azərbaycana rəsmi səfərə gəlməsi onu deməyə imkan verir ki, Azərbaycan-Rusiya münasibətləri çox yüksək səviyyəli dost münasibətlərdir. Putinin Azərbaycana səfəri həm siyasi, həm də iqtisadi xarakter daşıyacaq. Siyasi xarakteri onda görürəm ki, Rusiya Azərbaycanın müstəqilliyinə böyük dəyər verir və düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini intensivləşdirəcək. Məsələnin iqtisadi tərəfi isə çox genişdir. Çünki ölkələr arası iqtisadi münasibətləri inkişaf etdirmək üçün potensial çoxdur”.

A. Badamov qeyd edib ki, qarşılıqlı investisiyaların yatırılması, Azərbaycanın turizm imkanlarından Rusiyanın bəhrələnməsi məsələləri, nəqliyyat sektorunda əməkdaşlıq, yeni imkanların yaranması və.s müzakirə mövzusu ola bilər: “Cənab Putinin Azərbaycana rəsmi səfəri dünya tərəfindən də izlənəcək və düşünürəm ki, səfər çox yüksək səviyyədə baş tutacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − 5 =