Putini Belqradda 70 min serb qarşılayacaq

0
620
5710982 25.11.2018 Два малых бронированных артиллерийских катера и рейдовый буксир ВМС Украины пересекли российскую границу и движутся в сторону Керченского пролива. Изображение является раздаточным материалом, предоставлено третьей стороной. Только редакционное использование. Запрет на архивирование, коммерческое использование, рекламную кампанию. Пресс-служба пограничного управления ФСБ РФ по Республике Крым

Rusiya prezidenti Vladimir Putinin yanvarın 17-də Serbiyaya nəzərdə tutulan səfəri zamanı onu Belqraddakı müqəddəs Savva məbədi meydanında 70 min adam qarşılayacaq.

Mediainfo.az-ın Veçerne novosti qəzetinə istinadən verdiyi məlumata görə, Serbiya vətənpərvər qüvvələri tərəfindən təşkil ediləcək  geniş qarşılama mərasimi Vladımır Putinə təşəkkür edilməsi məqsədi daşıyır. Rəsmi səviyyədə də Putinin Serbiyada böyük təmtəraqla qarşılanması planlaşdırılıb. Belə ki, Putinin laynerini Serbiya ilə sərhəddə MiQ-29 eskadrilyası qarşılayacaq və Belqrad hava limanına kimi onu müşayiət edəcək. Putinin Serbiyaya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinin inkişaf etdirilməsini nəzərdə tutan 20 anlaşmanın, o cümlədən nüvə mərkəzinin inşası barədə sənədin imzalanması planlaşdırılıb.