Putin və Tramp dekabrın 1-də görüşəcəklər

0
265

Prezidentlər Putin və Tramp dekabrın 1-də Argentinanın paytaxtı Bueonos-Ayres şəhərində keçirilən “G-20-lər”in görüşü çərçivəsində bir araya gələcəklər.

Arazinfo.com-un verdiyi xəbərə görə,  bu barədə Röyter agentliyinin Kremldəki mənbəyə istinadən yaydığı məlumatda deyilir. İddiaya görə, iki ölkə prezidentlərinin görüşünə cəmisi 2 saat vaxt ayrılıb. Hələlik görüşün prezidentlər arasında təkbətək,  tərcüməçilərin iştirakı ilə, yoxsa hər iki ölkədən olan rəsmilərin iştirakı keçiriləcəyi tam şəkildə məlum deyil. Kremldəki mənbənin dediyinə görə, prezidentlər arasında təkbətək görüşün 20 dəqiqə olması, bundan sonra oraya iki ölkə rəsmilərinin də dəvət edilməsi planlaşdırılıb. Lakin bu planın vəziyyətdən asılı olaraq dəyişəcəyi bildirilir.