Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında yaxın vaxtlarda yeni görüş keçiriləcək.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Belarus liderinin mətbuat xidməti tərəfindən yayılıb. Məlumatda qeyd edilir ki, bu gün iki ölkə liderləri arasında baş tutan telefon danışığı zamanı tərəflər yaxın günlərdə görüşmək barədə qərar qəbul ediblər. Görüşdə iki ölkə arasında imzalanan anlaşmaların həyata keçirilməsi və mübahisə doğuran problemlərin aradan qaldırılması yollarının müzakirə ediləcəyi gözlənilir.