Putin Narışkini Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin etdi

0
568

Rusiya prezidenti Vladimir Putin sentyabrın 22-də Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkovun təqaüdə çıxması ilə bağlı vəzifəsindən azad edilməsi ibarədə fərman imzalayıb.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Onun yerinə Dövlət Dumasının spikeri Sergey Narışkin təyin olunub.

Qərar oktyabrın 5-dən qüvvəyə minir.

*   *   *20:58

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib.

Bu barədə RİA-Novosti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda V.Putinin müvafiq fərman imzalayacağını bildirib: “Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun “Rusiya Dəmir Yolları” Direktorlar Şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir. Putin Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib”.

BIR CAVAB BURAXIN