PUTİN “DOVŞANA QAÇ, TAZIYA TUT” DEYİRMİ?

0
721

Meysəm Bəhraveş

“Middle East Eye”, 03.06.2019

ABŞ-ın nüvə razılaşmasından çıxışının ardınca, 1 il sonra İran mayın 8-dən öhdəliklərini azaltma qərarı alıb.

Rusiya çoxtərəfli razılaşmaya imza atanlar arasında, bəlkə də, İrana ən çox rəğbət duyan tərəf idi.

Avropa dövlətləri – Fransa, Almaniya və Böyük Britaniya – İranın hərəkətini tənqid etsə də, Çin razılaşmanın tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Moskva ABŞ-ın sazişdən çıxışını və sanksiyalar daxil olmaqla “maksimum təzyiq” siyasətini pisləyib.

Rusiya prezidenti Vladimir Putin mayın 15-də keçirilən mətbuat konfransında deyib ki, İran cavab addımlar ata bilər və hər kəs bunun ABŞ-ın təhriki ilə olduğunu bilir, amma sabah bütün günahları İranın boynuna qoyacaqlar”.

Gərginliyin artması

Tehranın nüvə razılaşmasından çoxmərhələli çıxışı istiqamətindəki irəliləyişi Rusiya-İran əlaqələrinin dinamikasına təsir edir, çünki Moskva Tehran-Vaşinqton gərginliyinin artmasını istəyir.

Kreml ABŞ-ın bölgədə baş verə biləcək müharibəsinin lehinə deyil, o, Tehranın nüvə razılaşmasından imtina etməsi halında, sonradan beynəlxalq izolyasiyanın artmasında ən böyük benefisiar olmağa hazırdır.

Rusiya özünü İranla deyil, ABŞ-da müqayisə edir və Qərbin onu bu cür görmək istəməməsindən qəzəblənir.

Moskva tarixən Tehranı Qərb qüvvələri, xüsusən Vaşinqtonla olan münasibətlərini balanslaşdırmaq üçün alət kimi istifadə edib.

Putin mətbuat konfransında deyb: “Rusiya – yanğınsöndürmə briqadası deyil. Biz özümüzdən tam asılı olmayan hər şeyi xilas edə bilmərik. Öz rolumuzu oynadıq”.

Tramp administrasiyası nüvə razılaşmasından çıxandan, Rusiya, əsasən, İranın mübahisəli mövqeyindən strateji üstünlük əldə etmək üçün səy göstərib.

Bu, öz növbəsində, neft bazarında, eləcə də Suriyadakı vətəndaş müharibəsində özünü göstərib.

Neft hasilatı

ABŞ-ın rəhbərlik etdiyi anti-İran dalğası əsnasında Kreml İsraillə yaxınlaşıb və Səudiyyə Ərəbistanı liderliyindəki güclü sünni-ərəb dövlətləri cazibəsinə salıb.

Ötən il Rusiya OPEC-lə məsləhətləşmədən neft hasilatını artırmaq üçün Səudiyyə ilə xüsusi razılığa gəlib. O zaman ABŞ prezidenti Donald Tramp yanacaq xərclərini azaltmaq üçün istehsalın artırılmasına çağırıb.

Bu vaxtlarda Rusiyanın energetika sahəsində aparıcı bir rəsmi şəxsi Moskvanın bazar şərtlərini yaxşılaşdırmaq üçün iyun ayında xammal istehsalını artırmağı arzuladığını bildirib. Aprel ayında Ağ Ev, Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Türkiyəni də daxil olmaqla, İran neftinin alıcılarına sanksiya tətbiq edəcəyini açıqlayıb.

İran beynəlxalq neft bazarda sıxışdırıldıqdan sonra Rusiya OPEC-in iyun ayında sona çatan hasilatı azaltma qadağasını adlayıb tam həcmdə neft nəql edə bilər. Bu, illik ixrac gəlirinə 6 milyard dolların əlavə oluması deməkdir.

Əsəd hökumətinin tərəfdarı kim hərbi müdaxilədən iqtisadi və geosiyasi fayda qazanmağa çalışdıqları Suriyada da İran-Rusiya rəqabəti var.

Ötən il hər iki tərəf ölümcül toqquşmalara məruz qalıb. Əslində, hər iki gücün əsas strateji hədəfi və maraqları nəzərə alındıqda, sanki Əsəd hökuməti başqa yönə baxır.

“Century Foundation”-la əməkdaşlıq edən Aron Lund deyib: “Suriya hökuməti bu iki xarici arxa arasında balansdan olduqca xoşbəxt görünür. Hər ikisi də Əsədin hakimiyyətdə qalmasına maraq göstərir”.

Suriyanın yenidən qurulması

Rəqabətin bir sahəsi Suriyanın qazanclı yenidən qurulmasıdır.

2017-ci ilin yanvarında İran və Suriya arasında fosfat maddələri hasilatı, mobil telefon xidmətləri, neft və qaz terminalları və s. üzrə 5 memorandum imzalanıb. Daha sonra, bu ilin əvvəlində Suriya hökuməti ilə elektrik stansiyasının tikiləcəyi liman şəhəri Latakiyanın bi hissəsinin İrana kirayə verilməsinə dair müqavilə imzalanıb.

Latakiyadan 25 km uzaqlıqda Rusiya tərəfindən idarə olunan Xmeymim hərbi hava bazası yerləşir və bu, iranlılara Rusiyanın hərəkətlərini yaxından izləmək imkanı verəcək. Təəccüblü deyil ki, Moskva da 49 ildir Rusiyanın hərbi dəniz bazası olan Tartus limanının icarəsi üçün Şamla danışıqlar aparır.

Rusiya Xarici İşlər Şurasının Suriya üzrə eksperti Anton Mardasov deyib: “Bu gün İran-Rusiya arasında rəqabət, əsasən, hərbi-siyasi güc mübarizəsində görünə bilər. Bəlkə, Moskvada müəyyən mənada, İranın nüfuzu məhdudlaşdırmaq, ilk növbədə, öz maraqlarını inkişaf etdirmək niyyətindədir, amma bunun çox məqbul olacağına şübhə edirəm”.

İsrailin İran mövqelərinə zərbələri başlıca ixtilaf mənbəyidir, çünki həmlə zamanı Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemləri işə salınmır. Bu, Tehrandakı təhlükəsizlik və kəşfiyyat qurumlarında Suriyada İranın hərbi güclənməsinə mane olmaq üçün Moskvanın İsraillə əlbir olması şübhəsi yaradıb.

Əsas rəqabət

Bu artan gərginliyin kontekstində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyada bu iki güc arasında “ittifaq” ideyasını təkzib edib. Yanvar ayında CNN-ə verdiyi müsahibədə o deyib: “İranla münasibətlərdə bu cür sözlərdən istifadə etməli deyilik”.

Oklahoma Universitetinin Suriya üzrə mütəxəssisi Coşua Landis deyib ki, Suriyada İran-Rusiya rəqabəti “son bir neçə ayda dedi-qodu və yanlış məlumatlarla əhatələnib”.

İsrailin bir hesabatında deyilir ki, Moskva “Suriyadakı gizli saxlanma mərkəzləri qurub və iranpərəst milislərin yüzlərlə zabitini sorğulamaq üçün onlardan istifadə edir”. Landis bu məlumata istinad edir.

“Rusiya və İran təxminən on ildir ki, Yaxın Şərqdə təsirlərini genişləndirmək üçün olduqca uğurla əməkdaşlıq edir. Mən onların Suriyada küsüşərək bu uğuru məhv edəcəklərinə şübhə edirəm, – deyə Landis əlavə edib. – Əgər siyasətçilər bu hekayət əsasında öz planlarını qururlarsa, onlar məyus olacaqlar”.

Tərcümə: Strateq.az