Putin Cəbrayılın(s) Məkkədəki “ilahi sandığı”ni çıxartdırıb hara apartdı?

0
746

2015-ci ildə Həcc ziyarəti zamanı 4 minədək zəvvarın ölümü ilə nəticələnmiş qəzaların əsl sirri açıldı?
2016-cı ildə ABŞ-dakı prezident seçkilərindən sonra dövlət katibi Con Kerri gizli şəkildə Antarktidaya niyə yollandı?

Yadınızdadırsa, 2015-ci ilin payızında, ABŞ – Səudiyyə Ərəbistanı(SƏ) münasibətlərinin  kəskin pisləşməsi  fonunda SƏ və Rusiya arasında sıx bir yaxınlaşma başladı.
Bütün Qərb maliyyə və iqtisadi sisteminin məhv edilməsi ilə təhdid edən bu sərt siyasi gedişlərə heç bir əsaslı izahat verilmədi. Dünyada baş verən hadisələrə  dəfələrlə qeyri-standart izahatlar verən “Sorcha Faal” adlı bir Amerika cəmiyyəti  bu olayla bağlı da maraqlı fərziyyə irəli sürüb. Eramızdan əvvəl yaranmış qədim qadın rahib ordeninin adını daşıyan “Sorcha Faal”(mənası qədim kelt dilində “işıq daşıyan qaranlıq və kimsəsiz yer”) qrupunun ABŞ-ın MKİ,  Rusiyanın FTX, Britaniyanın Mİ-5 xüsusi xidmət orqanları ilə əlaqəli işlədiyi iddia edilir. Bu qrupun Kremldə və Qərb elitaları daxilində baş verənlərdən də kifayət qədər məlumatlı olduğu buldirilir…
Beləliklə, “Sorcha Faal”ın irəli sürdüyü versiyaya görə,   2015-ci ildə Həcc ziyarəti ərəfəsində Məkkədəki  Məscidül-Həramın 2014-ci ildə başlayan yenidən qurulması zamanı  ekskavatorla qazıntı zamanı guya içərisində Allahın  mələyi Cəbrayıl əleyhissəlamın Məhəmməd Peyğəmbər əleyhissəlama əmanət etdiyi ilahi enerjiyə malik sandığın saxlandığı sərdabə üzə  çıxarılıb.
Nəhəng gücə malik bu sandığı İsa Məsihin doğulacağını  Məryəmə xəbər verən Cəbrayıl(ə.s) Məhəmməd Peyğəmbərə(s)  Məkkə yaxınlığında Cəbəl əl-Nur dağında yerləşən Hira mağarasında insanın yaradılışınadək mələklərin ibadət etdiyi yerdə saxlamağı tövsiyə etmişdir. Və  Peyğəməbərə(s.)  həmin sandıqdakı ilahi gücdən Qiyamət gününədək istifadə etməməyi tapşırmışdır.
12 sentyabr 2015-ci ildə Səudiyyə Krallığının xüsusi təyinatlı əməkdaşları Cəbrayılın(s) sandığını açmağa cəhd edərkən güclü plazma dalğası tuneldə 15 fəhlənin, bayırda isə nəhəng tikinti  qurğusu və kranın qırılıb aşması nəticəsində 107 adamın həyatına son qoydu. Məkkədə yenidənqurma işlərini aparan Ben Laden ailəsinə məxsus tikinti şirkəti itkiləri etiraf etdi.  Sentyabrın 24-də  sandığı çıxarmağa növbəti, bu dəfə daha uğurlu cəhd edildi.
Amma plazma partlayışları  yolu tikinti yaxınlığından keçən izdihamda yaranmış çaxnaşma səbəbindən 4000 zəvvarın həlak olmasıyla nəticələndi.  Rəsmi Səudiyyə hakimiyyəti  kütləvi itkilərin güclü külək və  zəvvarların cərgələrində yaranmış basabas səbəbindən baş verdiyini açıqladı və yalnız 717 adamın ölümü tanındı. Lakin təkcə İran öz ölkəsindən 464  hacının ölümünü rəsmi olaraq açıqladı.  Halbuki, İran ən böyük müsəlman ölkəsi deyil…
Bundan sonra, sentyabrın 25-də Məkkədəki iki müqəddəs məscidin Mühafizəçisinin nümayəndələri Rusiya Pravoslav kilsəsinin rəhbəri Patriarx Kirilllə əlaqəyə girərək “Allahın mələyi Cəbrail əleyhissəlamın  Məhəmməd Peyğəmbər əleyhissəlama tövsiyələri” adlı qədim sənədlə bağlı  uzun söhbət apardılar. Guya həmin sənədi rus  hərbçiləri  1204-cü ildə o zaman Konstantinopol adlanan İstanbulun Müqəddəs Ayasofya məbədini qarət edən Roma katolik xaçlılarının əlindən almış və saxlanılması üçün Rus Pravoslav Kilsəsinə vermişlər…
Ərəbistan dini liderlərinin Rusiyanın dini rəhbəri ilə söhbətindən sonra isə 27 sentyabr 2015-ci ildə Rusiya prezidenti V.Putin “Admiral Vladimirski” elmi-tədqiqat gəmisinin bazasında donanmanın yaradılması, onun təhlükəsizliyi və müdafiəsinin təminatı üçün iki  peykin buraxılması və RF-nin Suriyadakı  Hərbi Kosmik Qüvvələrinin  əməliyyata başlaması haqda  əmrlər verdi. Beləliklə, noyabrın 6-da “Admiral Vladimirski” gəmisi  Kronştatdan yola düşdü.  Sonradan ona həmin vaxt Hind okeanında olan “Varyaq” kreyseri,  “Bıstrıy” eskadra mina gəmisi, “Boris  Butoma” zirehli tibbi transportyoru və  qüvvətli  “Alatay” xilasedici  qoşqu gəmisindən ibarət konvoy qoşuldu. Bütün bu eskadra  rəsmən  rus torpağı ilə dolu kapsulları tarixi hərbi şöhrət məkanları və limanlarda yerləşən rus dənizçilərinin qəbirlərində yerləşdirmək tapşırğı ilə gedirdi. Əslində isə Rusiyanın bu böyük gəmi karvanı kritik hərbi-dini missiya daşıyırdı…
Bu minvalla 2015-ci ilin dekabrında Rusiya eskadraı keçmişdən bəri xristianların Ərəbistanın Məkkə, Mədinə və Ciddə şəhərlərinə girməsinə qadağa qoymasına rəğmən  Ciddə limanına daxil oldu. Orada “Admiral Vladimirsk” gəmisinə “Cəbrayıl əleyhissəlamın sərdabədən çıxarılmış  sandığı” yerlədirildi. Rusiya Hərbi Dəniz Donanmasının rəsmi nümayəndəsi İqor Dıqalo rəsmi açıqlamada  rus gəmisinin Səudiyyə limanına daxil olmasını “heyyətin dincəlməsi və lazımi su və ərzaq ehtiyatının toplanması” ilə əlaqələndirmişdi. Beləliklə,  “Cəbrayılın(s) sandığı” Antarktidadakı Müqəddəs Troitsa kilsəsinin saxlanma bazasına aparıldı…
Konspiroloqlar bu hadisədən sonra planetin dini-siyasi həyatında böyük dəyişikliklər baş  verdiyini iddia edirlər. Putinin “Məkkə əməliyyatı”ndan az sonra 2016-cı il fevralın 12-də Kubada patriarx Kiril Roma papası Fransisklə, oktyabrın 15-də isə Böyük Britaniya kraliçası Yelizaveta ilə görüşdü. Hər üç lider arasında gözlənilən dünya müharibəsi və Qiyamət barədə açıq söhbətlər aparıldığı da iddia edilir. Roma papasıyla görüşdən sonra patriarx Kiril Antarktidaya – “Cəbrayılın(s) sandığı”nın yerləşdirildiyi Müqəddəs Troitsa məbədinə yollandı. Antarktidaya  uçuşu zamanı patriarxın təyyarəsinin pilotunun kabinəsində şüşə çatladı və sərnişinlərin, o cümlədən patriarxın həyatı üçün təhlükə yarandı. Buna rəğmən dini lider sağ-salamat buzlu qitəyə çatdı və orada pinqvinlərlə çəkdirdiyi fotolar bütün dünyaya yayıldı…
Və ən maraqlı məqam:  ABŞ-dakı prezident seçkilərində demokratların məğlubiyyətindən sonra 2016-cı il noyabrın 11-də dövlət katibi Con Kerri naməlum missiya ilə Antarktidaya göndərildi. Bu səfər dünya KİV tərəfindən, demək olar ki, işıqlandırılmadı. Yalnız C.Kerri özü “Tvitter” səhifəsində fotolarını dərc etdikdən sonra onun Antarktidada olduğu bilindi. Antarktidada qısa müddət qalan dövlət katibi Vellinqtona(Yeni Zelandiya) yollanan zaman noyabrın 12-də Kraystçerç şəhərində gecələyib.  Elə həmin gecə 7,8 ballıq güclü zəlzələ   Yeni Zellandiyanı silkələdi. Çoxlu dağıntılara səbəb olmiş bu təbii fəlakəti  konspiroloq analitiklər  həm ABŞ dövlət katibi C.Kerrinin özünə, həm də onun arxasında duran qlobalist və katoliklərə “ilahi bir cəza” kimi dəyərləndirdilər…
Putinin sözügedən  “sandıq əməliyyatı”yla Səudiyyə Ərəbistanının İslam dünyasının ən müqəddəs iki şəhərinin mühafizi kimi nüfuzunu bərpa etdiyi də iddia edilir. Çünki Cəbrayılın(s) tövsiyəsinin əksinə olaraq həmin “sandığ”ın üzəri vaxtından əvvəl açıldığından Həcc zamanı qəzaya və böyük insan itkisinə səbəb olmuşdu. Və əgər Rusiya alimləri əllərindəki “qədim sənəd”- “Cəbrayılın(s) tövsiyələri” əsasında o əmanətin tam çıxarılmasına nail olmasaydı, mütəmadi plazma partlayışları davam edəcək və kral hakimiyyəti Həcc ziyarətinin təhlükəsizlitii təmin edə bilməyərək nüfuzunu tam itirəcəkdi…
P.S. Məqalədə irəli sürülən dini məqamlarla, o cümlədən guya Cəbrayılın(s) Peyğəmbərimizə(s) əmanət etdiyi “sandıq”la bağlı din xadimləri və peşəkar ilahiyyatçıların açıqlamalarını dərc etməyə hazırıq…
P.P.S. Qərb, Amerika mənbələrinə əsaslanan bu cür  fantastik ruhlu məqalələrlə Rusiya lideri V.Putinin nüfuzunun həddindən artıq şişirdilməsi, hətta ilahiləşdirilməsi onun Yeni Dünya Düzəni quranlar üçün siyasi şahmat taxtasında  necə vacib fiqur(!) olduğunu nümayiş etdirir…
Sultan Laçın

BIR CAVAB BURAXIN