Putin, Əliyev və Sarkisyan razılığa gəldilər

0
311

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan həlli Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələ üzrə razılığın əldə olunduğunu bildiriblər.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburqda  keçirilmiş görüşün yekunlarına görə liderlərin bəyanatında deyilir:

«Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələ üzrə razılıq əldə olunub».

*   *   *20:08

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

Virtualaz.org «RİA Novosti»yə istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub”,deyə Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşaiyətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 4 =