Pulları çılçıraqda gizlətdi, hamısı yandı… – VİDEO

0
676
Cəlilabad sakininin başına qəribə hadisə gəlib. Təsəvvür edin, min bir əziyyətlə yığdığı pulu oğrulardan qorumaq üçün evin çıl-çırağında gizlədib. Ancaq gözləmədiyi anda pis bir sürprizlə qarşılaşıb. Qısaqapanma nəticəsində pullar yanıb.

Oğrulardan qoruduğu pulu lüstrdə gizlədib, amma pul qəfil baş verən qısaqapanma nəticəsində yanaraq kül olub.

Bu hadisə Cəlilabad rayon sakini Səbuhi Musayevin başına gəlib. O, illərdir əziyyət çəkərək 2 min manatdan bir qədər artıq pul yığıb. Çətinliklə topladığı pulu indiyədək oğrulardan qoruya bilib. Ancaq gözləmədiyi anda baş vermiş hadisə onun bütün əziyyətini sözün əsl mənasında kül edib…

Səbuhi Musayev deyir ki, oğruların əlindən məcbur qalıb pulu lüstrdə gizlətməli olub. Lakin qəfil baş verə biləcək bir hadisə ilə böyük əziyyətlə yığdığı pulun bir anda yox olacağı ağlına belə gəlməyib.

Yanmış pulların az bir qismini bank dəyişdirsə də, Səbuhi Musayev yerdə qalan 1640 manatı geri qaytara bilmir.

Qanunvericiliyə əsasən isə, əskinasın səthinin 60 faizdən az hissəsi qaldıqda həmin pul nişanı yenisi ilə əvəzlənmir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 2 =