Professor “Mersedes”dən çoban çomağını götürüb, qaçqına zərbə endirdi

0
842

ötən gün Salyan rayonunun Yenikənd kəndində Ağdam qaçqını 40 yaşlı Əliyev Cahandar Məmməd oğlu torpaq mübahisəsi zəminində əslən Cəbrayıl rayonundan olan Bakı şəhər sakini Nuru Şahməmmədov tərəfindən çoban çomağı ilə döyülüb.

Aldığı xəsarətlərdən Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Cahandar Əliyev virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumatda N.Şahməmmədovun istefada olan rütbəsi polkovnik-leytenant olan həkim olduğunu desə də, məlum olub ki, Nuru Şahməmmədov Azərbaycan Tibb Universitetinin radiologiya kafedrasının müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru imiş.

Virtualaz.org

BIR CAVAB BURAXIN