Problemli kreditlərin payı təhlükəli həddi keçib

0
338

2016-cı il mayın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 18758,7 milyon manat təşkil edib.

 

Publika.az xəbər verir ki, kreditlərin 14555,5 milyon manatı uzunmüddətli kreditlər olub. Kreditlərin 32,9 faizi dövlət, 64,2 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,4 faizini təşkil edib. Bu da o deməkdir ki, bir çox banklarda problemli kreditlərin payı təhlükəli həddi keçib. Belə ki, beynəlxalq standartlara görə problemli kreditlərin payı bank aktivlərinin 3 faizindən çoxdursa, bu artıq kritik həddir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − 5 =