Prezidentliyə namizəd Şeyxi ittiham etdi- “GENİ DƏYİŞDİRİLMİŞ ALMA BECƏRİR”

0
565

“İstifadəsiz torpaqların geri alınması ilə bağlı qərardan sonra Allahşükür Paşazadə təkcə Şabran rayonunda 1800 hektar torpağı geri qaytarıb”.

Bunu İctimai Televiziyanın efirində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Şeyxülislamın biznes fəaliyyətini tənqid edən Cəlaloğlu bir neçə gün əvvəl Xaçmazda olduğunu qeyd edib: “Orada mənə bir alma bağı göstərdilər, 100 hektara yaxın ərazi idi. Allahşükür Paşazadəyə məxsusdur. Özü da orada geni dəyişdirilmiş almalar yetişdirir. İndi mən sual verirəm, bu torpaqlar Bakıda oturan dini quruma rəhbərlik edən bir şəxsin əlinə necə keçib? Necə olur ki, kəndli öz torpağını becərə bilmir, amma kimsə onu öz torpağında nökər kimi işlədir”.

Gununsesi.info

BIR CAVAB BURAXIN