“Prezidentin öldürülməsi Moskvanın hədəfi idi” – ŞOK İTTİHAM

0
571

Smolensk yaxınlığında Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154M təyyarəsinin qəzası Moskvanın hədəfi idi.

 

Publika.az xəbər verir ki, bu haqda Polşanın Müdafiə naziri Antoni Masereviç “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib.

 

Daha əvvəl isə Polşanın Müdafiə Nazirliyi bildirib ki, tezliklə aviaqəza üzrə yeni materiallar təqdim ediləcək. Masereviç qeyd edib ki, söhbət Tu-154M ekipajının danışıqlarının yeni audioyazılarından gedir.

 

“Rusiya dispetçerləri və hakimiyyətin hərəkətlərinin hədəfi prezident Kaçinski və bütöv nümayəndə heyətinin içində olduğu təyyarənin qəzası idi. Biz hazırda əsl sübutlara malikik. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Biz bu komissiyanın üzvlərinin dəhşətli etiraflarına malikik”, – Masereviç bildirib.

 

Onun sözlərinə görə, qəzaya aid olan materiallar bu ilin oktyabrında elan ediləcək.

 

Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə prezident və xanımı da daxil olmaqla təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.

 

Ötən ilin dekabrında Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında bildirdi ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib: “Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib.  Təyyarə havada dağılmağa başlayıb”. – nazir müavini deyib.

 

Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. 2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə pilotların məsuliyyət daşıdığını bəyan edib.

 

Polşa mütəxəssisləri isə Beynəlxalq Aviasiya Komitəsinin yekun rəyi ilə razılaşmadılar. Varşava Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham etdi.

 

Təyyarə qəzası baş verdikdən sonra internetdə bir video yayıldı. Bu videoda təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir. Polşanın hərbi prokuroru deyib ki, Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən qəzadan bir neçə dəqiqə sonra mobil telefonla çəkilən və qəza yerində gəzən üç siluet, silah və gülüş səsləri, təyyarədən çölə çıxan bir adamın və nəhayət, pilotun qışqıraraq yardım istəməsi ilə bağlı yayılan görüntülər həqiqidir.

 

Bu video hadisə yerinə çatan ilk şahid tərəfindən çəkilib və bu zaman hadisə yerində nə təcili yardım, nə də xilasedicilər olub. Ləngidilmiş kadrlarda sağ qalan bir nəfərin əlini yuxarı qaldırması görünür və bunun sağ qalan pilot olduğu ehtimal edilir. Daha sonra, videoda bir neçə dəfə atəş səsləri və həyəcan siqnalı eşidilir. Birinci atəş səsindən sonra naməlum 3 nəfərin gülüş səsləri və sonuncu atəş səslərindən sonra isə rus dilində deyilən aşağıdakı sözlər aydın eşidilir: “Vse nazad, uxodim” (Hamı geriyə, gedirik).

 

Bu naməlum üç nəfərin kim olduqları məlum deyil. Polşanı şoka salan həmin görüntüləri mobil telefonla çəkən Rusiya vətəndaşı Andrey Mendiereyin həmin görüntüləri internetdə yerləşdirməsindən sonra bel nahiyəsindən bıçaqlandığı və daha sonra xəstəxanada süni nəfəs aparatının söndürüldüyü bildirilir.

 

Qəza ilə bağlı aparılan cinayət işində şahid qismində ifadə vermiş sonuncu şəxs isə 2012-ci ilin noyabr ayında “özünü” asaraq intihar edib43 yaşlı pilot Remiqiuş Musyanın cəsədi yaşadığı mənzildə aşkar edilib.

 

Maraqlıdır ki, Rusiya təyyarənin qalıqlarını indiyə kimi Polşaya verməyib.

 

Rusiyanın müstəqil jurnalisti Aleksandr Sotnik bunun heç də təəccülü olmadığını bildirir. “Putin qəzaya uğrayan təyyarənin qalıqlarını polyaklara verməyə hazırlaşmır. Hər şey məntiqlidir”, – jurnalist “Facebook” səhifəsində yazıb.

 

BIR CAVAB BURAXIN