Prezident:“Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir”

0
795

“2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib və il ərzində bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: “İslam dəyərləri də bunun tərkib hissəsidir. Ölkəmizdə din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir”.

Prezident həmçinin qeyd edib ki, Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı böyük tədbirlər keçirilir və ölkəmiz svilizasiyalararası dialoqda həmişə böyük rol oynayır.

O bildirib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: “Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir”.

Prezident İlham Əliyev qeyd edib ki, bu il Bakıda IV İslam Həmrəliyi Oyunları yüksək səviyyədə keçirilib: “Bu Oyunlarda 50-dən çox ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq iştirak etdi. Bu idman yarışı eyni zamanda dostluq və qardaşlıq bayramına çevrildi. Bundan əvvəl Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu iki hadisə Azərbaycanın həm Avropa, həm də İslam aləmi ilə münasibətlərini göstərir. Bununla yanaşı, ölkəmiz sivilizasiyalar və mədəniyyətlərarası dialoqda oynadığı önəmli rolu nümayiş etdirir ”.

BIR CAVAB BURAXIN