Prezident təcili əməliyyat olundu

0
598

Portuqaliya prezidenti Marselu Rebelu di Soza göbək yırtığı səbəbindən təcili əməliyyat olunub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin saytında dərc olunmuş məlumatda bildirilir.

 

“Əməliyyat yanvarın əvvəlinə planlaşdırılmışdır, lakin xəstəlik ağırlaşdığından həkimlər əməliyyatı bu gün keçirməyə qərar veriblər”, – deyə məlumatda bildirilir.

 

Əməliyyat səbəbindən prezident yaxın günlərə planlaşdırılmış tədbir və səfərləri təxirə salıb.

BIR CAVAB BURAXIN